Prezident İlham Əliyev Kamran Əliyevin Azərbaycan Respublikasının Baş prokuroru təyin edilməsi haqqında sərəncam imzalayıb.

Unikal.org  xəbər verir ki, sərəncamla Kamran Bayram oğlu Əliyev Azərbaycan Respublikasının Baş prokuroru təyin edilib. Ölkə başçısının digər sərəncamı ilə,  Kamran Əliyev Baş prokurorun müavini - Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi vəzifəsindən azad edilib.