Haiti Futbol Federasiyasının prezidenti İv Jan-Bart gənc futbolçulara qarşı cinsi zorakılıqda ittiham olunur.

Unikal.org xəbər verir ki, bu barədə “The Guardian” nəşri məlumat yayıb. Hadisələrin son 5 ildə baş verdiyi bildirilir. Jan-Bartın milli təlim mərkəzində qızlara qarşı zorakılıq etdiyi deyilir. “Dadu” ləqəbli prezident isə ittihamı rədd edir.

Milli təlim mərkəzində çalışanlardan biri “The Guardian”a verdiyi açıqlamada, mərkəzdə işləyən bir qadının qızlara Jan-Bartla cinsi əlaqəyə girmək üçün təzyiqlər etdiyini deyib.