Bütün dünyada insanları təşvişə salan koronavirusla bağlı araşdırmalar davam etdirilir.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-da aparılan araşdırmanın nəticələrinə görə koronavirus yaz aylarından sonra da yayılmağa davam edəcək. Ümumilikdə koronavirusun məhv olması ilə bağlı 3 fərziyyə irəli sürülüb:

Birinci təxminə görə virusun ilk dağlası yaz aylarının sonunda bitəcək. yay aylarında isə kiçik dalğalar meydana gələcək. 2 il sonra isə, yəni 2021-ci ildə pandemiya başa çatacaq.

İkinci fikirə görə isə payız və qış aylarında daha böyük bir yoluxma dağlası müşahidə olunacaq. Bu da 2021-ci ilə qədər davam edəcək.

Sonuncu fərziyyəyə görə isə koronavirus ciddi tədbirlər görülməsə də, yavaş-yavaş məhv olacaq. Lakin buna müxtəlif ölkələrdə qaydaların yumşaldılması ciddi təsir edəcək.