“Korrupsiya və korrupsionerlərə qarşı amansız mübarizə aparılacaq”.

Unikal.org xəbər verir ki, bunu Azərbaycan Respublikasının prezidenti İlham Əliyev baş prokuror Kamran Əliyevlə videokonfrans zamanı söhbətində bildirib.

Prezident mərkəzi icra hakimiyyəti orqanlarında da korrupsiyaya yol verildiyini qeyd edib:
“Hər bir icra başçısı vəzifəyə təyin olunanda ona mənim əsas sözüm o olur ki, “Get vətəndaşlara xidmət et, vətəndaşlarla birgə ol, təmiz işlə, rüşvət alma, sahibkarlara köməklik göstər. Onların malını əlindən alma, fəaliyyətlərindən özünə pay istəmə”. Mən bütün icra başçılarına bu sözləri deyirəm. Bu məsələdə bizim mövqeyimiz birmənalıdır”.