Koronavirus dövründə tətbiq olunmuş karantin qaydaları səbəbindən məşhurların əksəriyyəti müəyyən miqdarda vəsait itiriblər.

Unikal.org xəbər verir ki, həmin məşhurlar arasında Türkiyəli müğənni Tarkan da yer alıb. Bütün konsertlərini təxirə salan müğənni 600 min TL-lik (təxminən 145 min manat) təklifi də geri çevirib.

Sentyabr ayına kimi konsertlərini ləğv edən Tarkanın ümumi itkisi isə 5 milyon TL (təxminən 1 milyon 216 min manat) olub.