Çinin Uhan şəhərində meydana gələn yeni növ koronavirusa (Covid-19) yoluxanların sayı hər gün artmağa davam edir.
Unikal.org "Worldometer"-ə istinadən xəbər verir ki, son rəqəmlərə görə dünyada koronavirusa 3 500 379 nəfər yoluxub. Onlardan 245 038-i bu səbəbdən dünyasını dəyişib. 1 128 298 nəfər isə müalicə olunaraq sağalıb.
Pandemiyaya yoluxanların sayının ən çox olduğu ölkələr ABŞ (1 160 840), İspaniya (254 567) və İtaliyadır (209 328).