Ukraynanın "Karpatı" klubu futbolçusu Aleksey Xaxlyova sərt xəbərdarlıq edib.

Unikal.org-un Lvov təmsilçisinin saytına istinadən məlumatına görə, buna 21 yaşlı müdafiəçinin Rusiya bolşeviklərinin rəhbəri Vladimir Leninin portreti ilə şəkil çəkdirməsi səbəb olub.

Gənc oyunçunun doğum gününü qeyd edən yaşlı nənəsini sözügedən foto vasitəsilə təbrik etməsi klubun narazılığına səbəb olub.

Məsələ ilə bağlı bəyanat yayan "Karpatı" oyunçularının yad simvollar fonunda çəkdirdikləri hər hansı şəkilin paylaşılmasını yolverilməz hesab edib: "Özünə yaraşmayan hərəkətə yol verən Xaxlyova xəbərdarlıq olundu və məlumat verildi ki, oxşar hal təkrarlanarsa, daha ciddi sanksiya tətbiq olunacaq".