Dünyada yeni növ koronavirusa yoluxanların sayı 3 milyon 523 min 355 nəfərə çatıb.

Unikal.org "Worldometers"-ə istinadən xəbər verir ki, virusdan ölənlərin sayı 246 min 394 nəfərdir. İndiyədək 1 milyon 141 min 898 nəfər xəstəlikdən sağalıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkədə qeydə alınıb.