"Nanə çox qəribə insandır. İnsanı nə qədər çox istəsə də, hovludur. "Salam" verirsən, deyir, "nə?". Kobud, sərt olsa da, qəlbi yumşaqdır".

Unikal.org Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri AzTV-nin bədii rəhbəri, teleaparıcı Ranar Musayev "MTV Azərbaycan"da yayımlanan "Söhbətsiz" verilişində deyib. Aparıcı Samir Bayramlı Ranara həmkarları ilə bağlı suallar ünvanlayıb.

Musayev "Hüsniyə Məhərrəmova dostumdur. Ola bilsin bir-birimizə nifrət edək, dalaşaq, amma dostuq. Canımın bir parçasıdır. Kamilə Babayeva ilə bağlı da eyni sözü deyə bilərəm" sözlərini söyləyib. 

Aparıcı Xoşqədəm Hidayətqızının adını eşidən də isə Ranar sərt sözlər söyləyib və bunları deyib: 

"Bir aparıcı ki, qonağına "Dimedrol" iynə vurdurur ki, ayaqları tutulsun və reytinq xatirinə gəzə bilən insan gəzməsin, şou eləsinlər... O insan insan ola bilərmi?".