Bütün dünyanı təsir altına alan koronavirus epidemiyası səbəbiylə evlərində karantində olan məşhurlar sosial şəbəkə hesablarındakı paylaşımları ilə gündəm yaradıblar.

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki,  türkiyəli məşhurlar, Demet Akalın, Okan Kurt, Şafak Sezer və Alişan “sosial məsafə mübarizəsi” adlı video paylaşımları “Instagram” da  rekord izləyicisi sayı toplayıb.

Belə ki, əyləncəli anların yaşandığı videoda  məşhur adlar öz bacarıqlarını göstərib. Videonun adını “Gözəl dəlirdik”  qoyaraq axına qoşulan digər məşhurlarda, sosial məsafəyə dair video çəkiblər. 

Qeyd edək ki,  qısa müddət ərzində paylaşılan videonun baxışı 1 milyon çatıb.