Türkiyəli məşhur model Simge Tərtəmizin 60 yaşındakı atası Metin Tərtəmiz yaşadığı mənzilin 4-cü mərtəbəsindəki eyvanından yıxılaraq həyatını itirib.

Unikal.org Haberler.com-a istinadən xəbər verir ki, Mətin Tərtəmizin cənazəsi, qohumlarının müşayiəti ilə yarılma üçün meyitxanaya aparılıb. Hadisə ilə əlaqədar istintaq başladılıb.

Xəbəri İstanbulda alan model Simge Tərtəmiz atası ilə fotosunu sosial şəbəkədə paylaşım edərək: “Əziz atam, sən mələk oldun. Ağrımız təsvir olunmazdır. Sənin yanına gəlməyimiz çox ümidsizdir. Haqqını halal et, atam. Məkanın  cənnət olsun. Mən səni əbədi sevirəm. Sən həmişə təbəssümlə, zarafatlarınızla, parlaq gözlərinizlə bizimləsən” deyə kədərli paylaşım edib.