Türkiyəli gənc aktrisa Bahar Şahin sosial şəbəkə hesabında cəsarətli mini geyimi ilə yeni yaşını qeyd edib. 

Unikal.org xəbər verir ki, koronavirus epidemiyası səbəbiylə çəkilişləri dayandırılan Bahar Şahin evdə, karantin müddətində yeni yaşını qeyd edib.

Belə ki, 23 yaşına girən gənc aktrisa sosial media hesabında etdiyi paylaşımlarla göz qamaşdırıb. Gözəl aktrisa şəkillərini izləyiciləri ilə bölüşməyi unutmayıb. Şahin, açıq-sinə dekoltəli  pozasına  “Evimdə yeni yaşıma girməli oldum. Təşəkkür edirəm koronavirus! Təşəkkür edirəm”  başlıqlı yazısıyla paylaşıb.

Qeyd edək ki, Ebru Akel və Öykü Çelik kimi adlar da gənc aktrisanın pozalarını şərh edib. Digər tərəfdən gənc aktrisanın fotosu 207 mindən çox bəyənmə alıb.