“Taxt oyunları” serialında “Addam Marbrand” obrazı ilə tanınan Bi Cey Hoqq vəfat edib.

Unikal.org xəbər verir ki, 65 yaşlı aktyor Britaniyada dünyasını dəyişib.

Onun ölüm səbəbi isə açıqlanmayıb.

Qeyd edək ki, Bi Cey "İflas", "Məni tək burax", "Rəqs et Leksi" kimi serial və filmlərdə çəkilib.