Müğənni Rəqsanə İsmayılovanın köməkçisi koronavirusdan dünyasını dəyişib.

Unikal.org  xəbər verir ki, bu haqda prodüser Tarix Əliyev (Tolik) məlumat verib. O bildirib ki, qadın bir neçə gündür müalicə alsa da, sağalmayıb.

R.İsmayılova da məsələyə münasibət bildirib. İfaçı xanımın onların restoranında çalışdığını söyləyib:

"Söz tapmıram, 47 yaşında cavan gəlin... 10 yaşında körpə uşağı var. Adı Mehbarə idi. 20 gündür işə gəlmirdi. Sürücünü göndərdim gətirdi. Halsız idi, dedi ağrıyıram. Gedib xəstəxanaya, müzlicə ediblər, 3 gün qalıb. Sonra nə qədər zəng etdik telefona cavab vermədi. Bir nəfər gəlib dedi ki, rstorandakı işçiniz rəhmətə gedib. Burada heç kimi yoxdur, ailəsinə xəbər verdim. İndi cənazəni Azərbaycana göndərməliyəm".(axşam.az)