Bakıda cibgirlik hadisəsi baş verib.

Unikal.org-un məlumatına görə, hadisə aprelin 11-də paytaxtın Nizami rayonu ərazisində yerləşən bazarda qeydə alınıb.

Belə ki, naməlum şəxs S.Quliyevanın cibindən içərisində 150 manat olan pul kisəsini oğurlayıb.

Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəricəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini, 1983-cü il təvəllüdlü əvvəllər məhkum olunmuş Səid Göyçəyev müəyyən olunaraq saxlanılıb.

Araşdırma zamanı müəyyən edilib ki, S.Göyçəyev həmin bazarda A.Məmmədovanın çantasından içərisində 400 manat olan pul qabısını cibgirlik yolu ilə ələ keçirib.

Faktla bağlı araşdırma aparılır.