“Günay Bank” ASC koronavirus pandemiyası (COVİD-19) ilə bağlı ölkə üzrə elan olunan karantin rejiminin şərtlərinə görə yaşı 65-dən yuxarı olan, həmçinin banka gəlmə imkanı olmayan vətəndaşların məhdudiyyətlərini nəzərə alaraq onlara özəl xidmət göstərir.

Unikal.org xəbər verir ki, bundan başqa Günay Bank xidmət göstərdiyi   müştərilərin aylıq xidmət haqları ilə bağlı güzəştlər tətbiq edir. 

Bankın 1546 saylı Çağrı Mərkəzi də məlum durumda Banka yaxınlaşa bilmədiyindən telefon yaxud internet səhifələri vasitəsilə əlaqə saxlayan hər bir şəxsin müraciətini diqqət mərkəzində saxlayır.

Bu günlərdə artıq 28 illik bankçılıq fəaliyyətini qeyd edən “Günay Bank” ASC mövcud vəziyyətə görə çətinlik çəkən vətəndaşlara xidmət etmək məqsədi ilə mümkün ola bilən bütün imkanlardan istifadə edir.