Dünyada yüz minlərlə insanın ölümünə səbəb olan yeni növ koronavirus (Covid-19) infeksiyası ilə bağlı araşdırmalar davam etdirilir.

Unikal.org Amerika KİV-ə istinadən xəbər verir ki, bu dəfə Kaliforniya Universitetində aparılan araşdırmanın nəticələri açıqlanıb. Nəticələrə görə, koronavirus insanın beyninə ciddi ziyan vurur. 

"Covid-19"-a yoluxan hamilə qadınların dünyaya gətirdikləri uşaqlarda isə şizofreniya xəstəliyinin mövcud ola biləcəyi bildirilib. Amerikalı mütəxəssislər həmin uşaqların doğulduqları andan etibarən nəzarət altına alınmalarının vacibliyini vurğulayıblar.