Azərbaycan aktrisası, diktoru və mədəniyyət xadimi Tamara Gözəlova vəfat edib.

Unikal.org xəbər verir ki, bu barədə APA-ya mərhumun oğlu Vasif Ağamirov xəbər verilib.

O bildirib ki, anası uzun müddət onkoloji xəstəlikdən əziyyət çəkib: “Anam günorta saatlarında vəfat edib. Bu gün dəfn ediləcək”. 

Qeyd edək ki, Tamara Gözəlova Üzeyir Hacıbəyovun eyni adlı operettası əsasında çəkilən ilk rəngli və tammetrajlı “O olmasın, bu olsun” filmində məşhur Gülnaz rolunu canlandırıb.