“120 dövlətin bir araya gəldiyi Qoşulmama Hərəkatı BMT-nin Baş Assambleyasından sonra dünya dövlətlərinin təmsil olunduğu ən böyük siyasi təşkilatdır. Azərbaycan da 2011 ci ildən etibarən həmin təşkilata tam hüquqlu üzv kimi qəbul olunub. Pandemiya dövründə cənab Prezidentin təşəbbüsü ilə keçirilən Zirvə görüşü də olduqca əlamətdar hadisədir”.

Bu fikirləri Unikal.org-a açıqlamasında Azərbaycan Sosial Rifah Partiyasının Birinci müavini, iqtisad üzrə fəlsəfə doktoru, xanım əsli Kazımova deyib ki, Qoşulmama Hərəkatının təmas qrupu formatında videokonfrans Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə keçirildi və bu, çox mühüm hadisə idi: “Müşavirədə 50 yə yaxın dövlət və hökumət Başçıları, Birləşmiş Millətlər təşkilatının baş katibi, Afrika ittifaqı komissiyasının sədri, Avropa Birliyinin ali nümayəndəsi, Ümumdünya səhiyyə təşkilatının baş direktoru iştirak edirdi. Çıxışlarda Covid-19 pandemiyasının Hərəkata üzv dövlətlərdə səbəb olduğu fövqəladə vəziyyət müzakirə olundu. Xüsusilə qeyd etmək gərəkir ki, əsasən Qoşulmama Hərəkatına üzv dövlətlər inkişaf etməmiş dövlətlərdir və həmin dövlətlərdə pandemiya ilə mübarizə dövründə mövcud çətinliklər və tibbi ehtiyaclar vardır. Bütün bu müzakirə olunan məsələlər olduqca mühüm məsələlər idi. Belə bir şəraitdə onlayn rejimdə videokonfrans təşkil etdiyinə görə hər kəs cənab İlham Əliyevə minnətdarlığını bildirdi. Çünki bu ölkələrin bir birləri ilə dialoq aparmaları üçün belə bir platformanı təşkil edərək, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev bu missiyanın öhdəsindən layiqincə gəldi. Qeyd etdiyim kimi, bütün müraciət və çıxışların əsas mövzusu Covid 19 pandemiyasına qarşı mübarizə tədbirləri ilə bağlı idi. Bu baxımdan demək olar bütün məruzələrdə pandemiyaya qarşı ölkəmizdə aparılan işlərin nümunə olaraq göstərilməsi ilk növbədə ölkə başçısı Cənab İlham Əliyevin rəhbərliyi altında qazanılmış böyük uğurun nəticəsi idi.”.

Murad İbrahimli