“Ölkə Başçımız dünyada çox mürəkkəb proseslərin baş verdiyi zamanda yer kürəsində sülhün, ədalətin bərpa olunmasına çalışır, problemlərin həlli üçün çox aydın baxışlar, konkret proqramlarla çıxış edir”. 

Bu fikirləri Umikal.org-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyez deyib. O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda keçirilən Zirvə görüşü, orada səsləndirdiyi fikirlər, çağırışlar bütün dünyaya əsl liderlik nümunəsini nümayiş etdirdi: 
“Ölkə Prezidentinin milli maraqlara əsaslanan fəaliyyəti, yürütdüyü siyasət dünya ictimaiyyəti tərəfindən razılıqla qarşılanır. "Bu gün Azərbaycan öz gücünə arxayın olan, öz gücünə arxalanan, bütün tərəfdaşlar ilə münasibətləri qarşılıqlı hörmət və ehtiram prinsipləri əsasında qurmağa çalışan, dinamik inkişaf edən gənc və eyni zamanda, təcrübəli ölkədir. Azərbaycan artıq böyük bir regional amildir. Sabitlik, təhlükəsizlik və inkişaf amilidir". Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan öz gücünə, milli birliiyinə arxalanır, dünyaya sülh, birlik, qarşılıqlı hörmət və ehtiram mesajlarını ötürür.
Məhz bunu üçün də Azərbaycan xalqı ölkəmizi dünya miqyasında qətiyyəti, zəngin dövlətçilik təcrübələri ilə yüksəldən öz müdrik liderləri ilə fəxr edir”.

Hüseyn İsgəndərov