İngiltərəli məşhur model Harriet Rose koronavirus pandemiyası səbəbindən işinə ara vermək qərarına gəlib.

Unikal.org xəbər verir ki, o, sosial şəbəkədə etdiyi paylaşımda bu müddət ərzində qocalar evində işləyəcəyini açıqlayıb. Gənc modelin sözlərinə görə, onun əsas məqsədi bu çətin zamanlarda yaşlı insanlara yardım etməkdir.

O həmçinin bildirib ki, onun çalışdığı qocalar evində koronavirusdan ölən olmayıb. Harriet Rose izləyicilərinə karantin qaydalarına əməl etməyi tövsiyə edib.