Çinin Uhan şəhərində meydana gələn yeni növ koronavirusa (Covid-19) yoluxanların sayı hər gün artmaqdadır.

Unikal.org "Worldometer"-ə istinadən xəbər verir ki, dünyada virusa yoluxanların sayı 3 milyon 917 mini ötüb. Onlardan 270 740-ı bu səbəbdən dünyasını dəyişib. 1 344 278 nəfər isə müalicə olunaraq sağalıb.

Qeyd edək ki, pandemiyanın ən geniş yayıldığı ölkə ABŞ-dır.