Ötən ilin dekabr ayında meydana gələn yeni növ koronavirusla (Covid-19) bağlı araşdırmalar davam etdirilir.

Unikal.org "Xinhua" xəbər agentliyinə istinadən bildirir ki, Honq Konq Tibb Universitetində aparılan araşdırmada "Covid-19" labaratoriya şəraitində digər yoluxucu xəstəliklərlə qarşılaşdırılıb.

Əldə olunan nəticələr göstərir ki, koronavirus göz və hava yolu ilə insana yoluxma baxımından "SARS" virusundan daha təhlükəlidir. Araşdırmaçıların sözlərinə görə, koronavirus insana gözlər vasitəsilə rahatlqıla keçə bilər.

Qeyd edək ki, sözü gedən araşdırmaçı qrup bir müddət öncə "Covid-19"un paslanmaz polad, şüşə və plastik kimi səthlərdə bir neçə gün yaşaya bildiyini sübut etmişdi.