Çinin Uhan şəhərində meydana gələn  və qısa müddət ərzində dünyaya təsir edən yeni koronavirus epidemiyası (Kovid-19) səbəbiylə Avropada ən çox həyat itkisi olan İngiltərədə balans günü-gündən artır. 

Unikal.org xəbər verir ki,  İngiltərədə “Ty” adlı məşhur nigeriyalı repçi Ben Chijioke, yeni bir növ koronavirus epidemiyasdan  müalicə aldığı xəstəxanada  həyatını itirib. 

Əsl adı Ben Chijioke olan repçi, 47 yaşında müalicə aldığı xəstəxanada həyatını itirməsi barədə sosial şəbəkə hesabından  meneceri tərəfindən təsdiqlənib.

Qeyd edək ki, 1972-ci ildə Londonda  Nigeriyalı mühacir ailəsinin uşağı olaraq anadan olan Chijiokenin  ilk albomu “The Awkward” 2001-ci ildə çıxıb. Chijiokenin ən son solo albomu “A Work of Heart" 2018-ci ildə musiqi həvəskarları ilə görüşüb.