Prezident İlham Əliyev Rafiq Yasin oğlu Bayramovun Mədəniyyət Nazirinin müavini vəzifəsindən azad edilməsi ilə bağlı sərəncam imzalayıb.

Unikal.org xəbər verir ki, sənəddə deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:  Rafiq Yasin oğlu Bayramov Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini vəzifəsindən azad edilsin".