Prezident İlham Əliyev Dövlət Təhülkəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılan Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisini də tutduğu vəzifədən azad edib.

Unikal.org xəbər verir ki, ölkə başçısının sərəncamında deyilir: "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Zakir İmran oğlu Sultanov Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi vəzifəsindən azad edilsin".