Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) Dağıstan Respublikası üzrə İdarəsi koronavirus pandemiyası fonunda sərhədlərin bağlanmasına görə vətənə qayıda bilməyən Azərbaycan vətəndaşları üçün müvəqqəti yerləşmə məntəqəsi açacaq.

Unikal.org xəbər verir ki, bu barədə TASS-a Rusiya Federasiyasının FHN-nin mətbuat xidmətindən bildiriblər.

"Rusiya FHN-in Dağıstan Respublikası üzrə Baş İdarəsinin avtomobil qatarı Mahaçqaladan Məhərəmkənd rayonuna 210 nəfərlik insan üçün avadanlıq çatdırdı. İşə təxminən 30 nəfər cəlb edilib", - mətbuat xidmətində deyiblər.

FHN-də əlavə ediblər ki, hazırda region ərazisində qonşu dövlətin koronavirusun yayılmasına görə dövlət sərhədinin müvəqqəti bağlanması ilə əlaqədar evə çata bilməyən böyük sayda vətəndaşı var.

Müvəqqəti yerləşmə məntəqəsinin açılması haqqında qərar Dağıstanın başçısı Vladimir Vasilyevin koronavirusun yayılması xəbərdarlığı üzrə operativ qərargaha müraciətinə əsasən Rusiya ərazisindəki xarici vətəndaşlara yardım məqsədilə qəbul edilib.