Bu  gün “Günay Bank”  ASC və “Günay Sığorta” ASC-nin kollektivi Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət edib.

Unikal.org xəbər verir ki, bankın rəhbərliyi və əməkdaşları müasir müstəqil Azərbaycanın memarının məzarına gül qoyaraq, onun əziz xatirəsini yad ediblər.

Daha sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Qeyd olunub ki, Heydər Əliyev, öz həyat fəaliiyətində böyük əmək və zəhmət yolu keçib, Azərbaycan Respublikasının ictimai-siyasi inkişafında  müstəsna xidmətlər nümayiş etdirib.

“Günay Bank”  ASC və “Günay Sığorta” ASC heyəti hər zaman olduğu kimi dövlətimizin memarı Heydər Əliyevin həyata keçirdiyi əvəzsiz kursu daim yüksək dəyərləndirir, xalqının sevimlisi kimi onu dərin hörmət və ehtiramla anır.