"Azərbaycanda bir neçə islahatlar anonsu verilib, bir-iki ay davam edib və dayanıb. Onun üçün də siyasi partiyaların və vətəndaşların islahatlara münasibəti dəyişkən olub”. 

Bu fikirləri Unikal.org-a açıqlamasında millət vəki Razi Nurullayev deyib. O bildirib ki, indi də islahatların dərinləşməsinə şübhə ilə yanaşan siyasi mərkəzlər var: “Bunu ona görə qəbul etmirəm ki, əvvəlki illərdə islahatlar anonsunun nəticəsi gözlə görülə bilmirdi. Prezident müxalifət kimi ritorikaya malik deyildi. Bu gün isə cənab Prezident bir neçə inanılmış mənbədən informasiyalar alır və ölkədə baş verənləri ovcunun içindəki kimi görə, eşidə və oxuya bilir. Bu da ona imkan verir ki, xalqın gözləntilərini dilə gətirsin, həll etsin və bunu açığını desək müxalifətdən daha yaxşı edir”.

Millət vəkili onu da qeyd edib ki, Prezident tərəfindən verilən islahatlar onunsu əməli addımlarla möhkəmləndirilir və bunu qiymətləndirmək lazımdır: “Nə baş verməlidir ki, biz də müxalifət olaraq inanaq? Bəlkə gətirib hakimiyyəti bahalı bir boşqabda bizə təhvil verəcəklər? Bu olmayacaq. Artıq icra başçıları həbs edilir, sıra nazirliklərə çatıb. Bu davranışlar 2018-ci ildən davam etməkdədir və inanıram ki, biz tarixi dəyişikliklərin və müsbət məqamların şahidi oluruq. İnanmaq və islahatlara dəstək zamanıdır. Bu gün ən çox dəstəyə ehtiyacı olan Prezidentdir. Radikal müxalifət olmursan kim olursan ol, Prezidentin ayağının altını qazma və nüfuzdan salma cəhdləri aparılan islahatlara və xalqın maraqlarına endirilən zərbədir”.

Murad İbrahimli