Xəbər verdiyimiz kimi, Bakının Binəqədi rayonunda yerləşən “EuroHome” tikinti materialları bazarı ərazisində yanğın başlayıb.

Yanğın təxminən 3000 kvadratmetr ərazini əhatə edib. Sahibkarlar obyektlərindən mallarını çıxarmağa çalışırlar.

Onlar Unikal.org-un hadisə yerində olan əməkdaşına bildiriblər ki, artıq bir neçə saatdır ki, yanğın başlamasına baxmayaraq “EuroHome”un rəhbəri Azay Möhnətov hadisə yerinə gəlməyib. Zərərçəkənlər bazar rəhbərliyinin əraziyə gəlməsini tələb edirlər.

Murad İbrahimli