Xəbər verdiyimiz kimi,  mayın 11-də saat 22:51-də Bakı şəhərinin Binəqədi rayonunda yerləşən “EuroHome” tikinti materialları bazarında yanğın baş verib. Yanğın saat 00:30-da məhdudlaşdırılıb, 01:30-da isə tam söndürülüb. Ümumi sahəsi, təqribən, 22 min 500 kvadratmetrə yaxın olan bazarın 3300 kvadratmetr hissəsi yanıb, bazarın qalan hissəsi yanğından mühafizə olunub.

Unikal.org-un əməkdaşı hadisə yerindən, son görüntləri yayımlayıb. 

Xatırladaq ki, 2019-cu ilin Dekabr ayında da  “Eurohome” Ticarət Mərkəzində yanğın baş vermişdi.