Bakı şəhərində xüsusi karantin rejiminə görə yoxlama postlarının sayı kəskin dərəcədə azaldılıb.

Unikal.org-un verdiyi xəbərə görə, bu gün səhər saatlarından başlayaraq sürücülərin postlarda yoxlanılması üçün quraşdırılan postlar yığışdırılıb. Məlumata görə, dünənə kimi şəhər ərazisində 70 yerdə post quraşdırılıbmış. Bu gün isə onların 58-i götürülüb və hazırda paytaxt ərazisində 18 yerdə yoxlama aparılır.

Polis əməkdaşları bundan sonra daha çox piyadaların yoxlanılmasına üstünlük verəcəklər.