"Koronavirusla bağlı Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Biologiya və Tibb Elmləri Bölməsinin alimləri tərəfindən araşdırma aparılır". 

Bu sözləri Unikal.org-a açıqlamasında AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli  deyib. 

O vurğulayıb ki, hazırda pandemiyanın dərmanın hazırlanması istiqamətində axtarışlar davam edir:

“Bu tez başa gələn bir iş deyil. Alimlər bu istiqamətdə çalışırlar. Alimlərimiz vaksin hazırlanması ilə deyil, insan orqanizimində bu virusun qarşısını almaq üçün immun sisteminin gücləndirilməsi ilə bağlı dərman hazırlayırlar”. 

Orxan Həsənli