“Mayın 11-də “EuroHome” tikinti malları bazarında baş vermiş yanğın hadisəsi Respublika Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsində araşdırılır”.

Unikal.org xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətinin rəisi Gülçin Mehdiyeva məlumat verib.

Qeyd edək ki, rəsmi məlumata əsasən, yanğın “EuroHome” tikinti materialları bazarında mayın 11-i gecə saatlarında baş verib.