Çinin Uhan şəhərində meydana gələn yeni növ koronavirus (Covid-19) infeksiyası ilə bağlı araşdırmalar bütün dünyada davam etdirilir.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu dəfə İrlandiyada koronavirusla bağlı 17  müxtəlif araşdırmanın nəticələri tədqiq olunub. Nəticələrə görə, koronavirus xəstələrinin yarısı virusa heç bir simptom göstərməyən insanlardan yoluxublar.

Bu araşdırma bir daha koronavirusun inkubasiya dövrünün necə təhlükəli olduğunu sübut edir. Belə ki, Ümumdünya Səhiyyə Təşkilatının mməlumatına görə ortalama 5,8 gün davam edən inkubasiya dövründə insanda xəstəliyin heç bir simptomu aşkarlanmır, amma bu müddət ərzində virus digər insanlara yoluxa bilir.

Qeyd edək ki, inkubasiya dövrü 14 günə qədər də davam edə bilər.