İmişlidə şirkətdə oğurluq hadisəsi baş verib.

Unikal.org “Report”a istinadən xəbər verir ki, “İmişli Quşçuluq” MMC-nin rəhbəri Əlif Heydərova məxsus “MLS 2121” markalı ov tüfəngi oğurlanıb.

Oğurluq hadisəsi onun ofisində qeydə alınıb.

Daha sonra şirkət rəhbəri bu barədə hüquq-mühafizə orqanlarına müraciət edib.

Faktla bağlı araşdırma aparılır.