Balakəndə şirkətdə faciəli hadisə baş verib.

Unikal.org “Report”a istinadən xəbər verir ki,  “Balakən Kərpic İstehsalı Müəssisəsi” MMC-nin həyətində orada sürücü işləyən 1991-ci il təvəllüdlü Mürtuz Muradov ehtiyatsizlıqdan idarə etdiyi “QAZ-51” markalı yük maşını ilə iş yoldaşı, 1947-ci il təvəllüdlü Əhməd Malaxovu vurub.

Ə.Malaxov hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.