Qızılağac Milli Parkının əməkdaşları tərəfindən milli parkın su-bataqlıq ərazisində  ov edən şəxs saxlanılıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, araşdırma zamanı brakonyerin Masallı rayon Xırmandalı kənd sakini İsaq Qasimov  olduğu məlum olub.

Ondan ov tüfəngi və ovlanmış 2 çöl donuzu götürülüb.

Təqsirkar şəxs barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün Lənkəran rayon Polis Şöbəsinə müraciət olunub.