Çinin Uhan şəhərində meydana gələn yeni növ koronavirus (Covid-19) ineksiyası ilə bağlı yeni faktlar yayılmağa davam edir.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən edilən açıqlamada koronavirusun "QİÇS" kimi qalıcı ola biləcəyi bildirilib. Qeyd olunub ki, "Covid-19" cəmiyyət arasında endemik olaraq qala bilər. 

Yəni, virusun heç vaxt yox olmama ehtimalı var. ""QİÇS" tamamilə məhv olmadı, və biz onun şərtlərinə uyğunlaşdıq. Koronavirus da belə ola bilər" - deyə ÜST rəsmisi əlavə edib.

"Covid-19" tamamilə dünya üzərindən çəkilməsi üçün ən effektiv yolun ona qarşı peyvəndin tapılması olduğu da vurğulanıb.