Dövlət Gömrük Komitəsinin (DGK) Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumatlar əsasında 2 fakt üzrə 6 000 ədəd müxtəlif markalı siqaretlərin, 3 ədəd spirtli içki və 53 qutu müxtəlif markalı dərman preparatlarının qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb. 

Bu barədə Unikal.org-a DGK-ya istinadən xəbər verir.

Məlumatda deyilir ki, İdarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn, həmin ölkə vətəndaşını idarə etdiyi "Mercedes Benz 1844", Azərbaycan vətəndaşının isə idarə etdiyi "Mercedes Benz 1840 LS" markalı yük avtomobilləri saxlanılıb və gömrük baxışı keçirilib.

Baxış zamanı avtomobillərin gizli saxlanc yerlərindən 3 ədəd spirtli içki, 6 000 ədəd "Marlboro" markalı siqaretlər, 6 adda, 53 qutu dərman preparatları və 10 ədəd tibbi ləvazimatlar aşkarlanıb.

Hər iki faktla bağlı araşdırma aparılır.