Gəncədə ağır yol-nəqliyyat hadisəsi baş verib. Şəhərin Nizami küçəsində iki avtomobilin toqquşması sərnişinlərin ağır xəsarət alması ilə nəticələnib.

Unikal.org Gununsesi.org-a istinadən xəbər verir ki, xəsarət alanlardan biri Baş prokurorun birinci müavini Rüstəm Usubovun bacısıdır.

Hazırda Gəncədəki Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilən qadının vəziyyətinin ağır olduğu bildirilir.