"Viruslar hüceyrədən xaricdə uzun müddət qala bilmirlər. Müəyyən səthlərdə 1-5 saat ərzində yaşaya bilərlər. Dəniz suyunda isə onların ömrü çox qısa olacaq"

Unikal.org-un verdiyi xəbərə görə, bu barədə məlumatı TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı mətbuat konfransında verib.

Onun sözlərinə görə, koronavirusun dəniz suyu vasitəsilə insana yoluxması ehtimalı çox aşağıdır.