Türkiyəli müğənni Sərdar Ortaç proqramların birində karantin günlərindən bəhs edib.

Unikal.org xəbər verir ki, o, yemək bişirərkən başına gələn hadisədən danışıb:

"Evliliyimi saymasaq 30 ildir tək yaşayıram. Yemək bişirməyi, çay dəmləməyi bilmirəm. Ürəyim yumurta bişirmək istədi. Anamı yığdım, soruşdum ki, "Bir yerə vururuq yumurta qırılır. Sonra da bişiririk". Yağ tökmək lazım olduğunu demədi. Mən də yağ yerinə su tökmüşəm və üzərinə yumurtanı. Yəni mənim mətbəx macəram tez bitdi".