Nəqliyyatda Baş Polis İdarəsi və Sabunçu RPİ 12-ci PŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini F.Dövlətov Pirşağı dəmir yolu stansiyası ərazisində saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, şəxsi axtarış zamanı ondan 485 qram marixuana aşkar edilərək götürülüb.

Ətrafda aparılmış tədbirlərlə onun Balaxanı qəsəbəsindəki evlərin birindən 1000 manat dəyərində məişət əşyaları oğurlaması da müəyyən edilib.