İspaniyanın "Selta" futbol klubu karantin şərtlərini pozan danimarkalı yarımmüdafiəçisi Pione Sistonu cərimələyib.

Unikal.org xəbər verir ki, bu barədə “TASS” xəbər verib.

Cərimə 60 min avro təşkil edib ki, bu da “Selta”nın tarixində ən yüksək məbləğli cəza olub. 

25 yaşlı oyunçuya qarşı sanksiyalar koronavirus pandemiyası zamanı və klubun icazəsi olmadan öz maşınında Kopenhagen şəhərinə getməsi səbəbindən tətbiq olunub.

Qeyd edək ki, Sisto “Selta”ya Danimarkanın “Midtyullan”ından keçib. Transfer 2016-cı ilin yayında baş tutub.