Bakıda yaşayış binaların birində xarici ölkə vətəndaşları liftdə qalıb.

Unikal.org FHN-nin saytına istinadən xəbər verir ki, ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi və Nəsimi rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 2 müraciət daxil olub.

Dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 3 nəfərin (onlardan 2-si xarici ölkə vətəndaşıdır) liftdən çıxarılması təmin edilib.