"Gəncə və Sumqayıtda modul tipli xəstəxananın açılması nəzərdə tutulur".

Unikal.org xəbər verir ki, bunu “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

O qeyd edib ki, xəstə sayı artdığına görə modul tipli xəstəxanaların açılmasına ehtiyac var.