UEFA İcraiyyə Komitəsinin mayın 27-nə planlaşdırılan onlayn iclası təxirə salınıb.

Unikal.org qurumun rəsmi saytına istinadən xəbər verir ki, videokonfrans iyunun 17-də keçiriləcək.

İclasın vaxtı AVRO-2020-nin gələn ilə təxirə salınması səbəbindən turnir üçün təklif olunan stadionlarla bağlı problemlərin müzakirəsinə görə dəyişdirilib.

Qeyd edək ki, AVRO-2020-yə Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərləri ev sahibliyi etməlidir.