Səbail Rayon Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Niyaməddin Əhmədovun barəsində həbs qətimkan tədbiri seçilib.

Unikal.org xəbər verir ki, vəkil Əhməd Fərhadov "Report"a bildirib ki, məhkəmə istintaqı orqanının təqdimatına əsasən, N.Əhmədovun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

N.Əhmədov Cinayət Məcəlləsinin 214-1-ci (terrorçuluğu maliyyələşdirmə) maddəsi ilə ittiham edilir.