Koronavirus pandemiyasına görə yarımçıq dayandırılan İngiltərə Premyer Liqasının bərpası üçün ilk addım atılıb.

Unikal.org liqanın rəsmi saytına istinadən xəbər verir ki, klublar sabah günortadan kiçik qruplar şəklində məşqlərə başlayacaqlar. Komandalara sosial məsafəni qorumaq şərtilə məşq etməyə icazə verilir. Yaxın təmas məşqləri isə hələlik qadağan olunur.

Qeyd edək ki, İngiltərə Premyer Liqasının oyunları martın 13-də təxirə salınıb.